"Qalatasaray" Muslera ilə protokol imzaladı: Əfsanəvi qapıçı göz yaşlarını saxlaya bilmədi - VİDEO
29.05.2025 - 15:24
"Qalatasaray" Muslera ilə protokol imzaladı: Əfsanəvi qapıçı göz yaşlarını saxlaya bilmədi - VİDEO

Xəbər verdiyimiz kimi, əfsanəvi qapıçı Fernando Muslera "Qalatasaray"la son matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Muslera kuboklarla dolu karyerasından sonra "sarı-qırmızılı" komandadan ayrılacağını göz yaşları ilə açıqlayıb. 

Klubun prezidenti Dursun Özbek Musleranın komandada qalacağını bildirib: 

"Muslera ilə vidalaşmıram, çünki onun dünya futbolunda önəmli yeri olduğunu düşünürəm . O, qarşıdakı dövrdə "Qalatasaray"da xidmətini davam etdirəcək. Onunla protokol imzaladıq. O, “Qalatasaray”ın uğuru üçün bizi beynəlxalq səviyyədə təmsil edəcək. Biz Türkiyənin ən böyük klubuyuq. Buradakı varlığımızı bütün dünyada inkişaf etdirmək və “Qalatasaray”ı daha da tanıtmaq üçün bir layihəmiz var. Fernando Muslera da bu layihənin bir hissəsidir.

Musleranın “Qalatasaray”da davam etməsini çox istəyirdim, amma o, doğma şəhərinə qayıtmağa üstünlük verdi. Mən də bunu başa düşürəm. Onun “Qalatasaray”dakı xidmətləri bitməyib. Nando ilə gördüyümüz işləri yaxın günlərdə paylaşacağam”.

Qeyd edək ki, İstanbul təmsilçisi sabah Super Liqanın sonuncu turunda “Başakşehir”lə qarşılaşacaq.