“Qalatasaray” Osimhen üçün Nigeriyaya müraciət etdi – Rədd cavabı aldı
18.09.2026 - 14:00
“Qalatasaray” Osimhen üçün Nigeriyaya müraciət etdi – Rədd cavabı aldı

“Qalatasaray”ın zədə səbəbindən iki həftədir yaşıl meydanlardan uzaq qalan Viktor Osimhenlə bağlı Nigeriya Futbol Federasiyasına müraciət etdiyi iddia olunub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hücumçunun 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində keçiriləcək oyunlarda iştirak etməməsini istəyib.

Lakin Nigeriya Futbol Federasiyası “Qalatasaray”ın bu müraciətini rədd edib. Baş məşqçi Erik Şell 26 yaşlı futbolçunu Madaqaskar və Qvineya-Bisau ilə oyunlar üçün 24 nəfərlik heyətə daxil edib.

Nigeriya sentyabrın 25-də Madaqaskarı qəbul edəcək, sentyabrın 29-da isə Qvineya-Bisau ilə səfərdə qarşılaşacaq.

Qeyd edək ki, Osimhen “Başakşehir”lə matçda sağ adduktor (qasıq) əzələ qrupunda dartılma aşkarlanıb. Onun “Trabzonspor”la qarşılaşmada oynayıb-oynamayacağı hələlik məlum deyil.