"Qalatasaray" Premyer Liqadan futbolçu istəyir
13.04.2026 - 21:35
“Fulhem”in futbolçusu Rayan Sessenyon komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun karyerasını Türkiyədə davam etdirmək ehtimalı var.
“Qalatasaray” 25 yaşlı cinah oyunçusunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Sessenyon 2024-cü ilin yayından “Fulhem”də çıxış edir.
Qeyd edək ki, o, bu mövsüm Premyer Liqada 25 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0