“Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
04.06.2026 - 20:39
“Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir

“Qalatasaray” hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin futbolçusu Randal Kolo Muani ilə maraqlanır.

“Milliyet”in məlumatına görə, “sarı-qırmızılılar” fransalı hücumçunun keçidi üçün hərəkətə keçməyə hazırlaşır. Klubun yaxın günlərdə transferin şərtlərini öyrənəcəyi gözlənilir.

Kolo Muaninin PSJ-dəki gələcəyi qeyri-müəyyən olaraq qalır. “Qalatasaray” PSJ-də heyətdə düşünülməyən və "gözdən çıxarılan" futbolçunu uyğun məbləğ qarşılığında öz sıralarına qatmaq istəyir.

Qeyd edək ki, Randal Kolo Muani 2025/2026 mövsümünü icarə əsasında “Tottenhem”də keçirib. Fransalı hücumçu London klubunun heyətində Premyer Liqada 27 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.