Qana millisində istefa - Keyruş postundan ayrıldı
06.07.2026 - 00:32
Qana millisində istefa - Keyruş postundan ayrıldı

DÇ-2026-da mübarizəni dayandıran Qana millisinin baş məşqçisi Karlos Keyruş istefa verib.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis vəzifəsindən ayrıldığını açıqlayıb.

Keyruşun rəhbərliyi altında Qana millisi dünya çempionatında qrup mərhələsini adlasa da, 1/16 finalda Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, 72 yaşlı çalışdırıcı məşqçilik karyerası ərzində Portuqaliya, BƏƏ, CAR, İran, Misir və Qətər millilərində baş məşqçilik edib. O, həmçinin Madrid "Real"ı, "Sportinq", "Naqoya Qrampus", "Nyu-York/Nyu-Cersi Metrostars" və "Mançester Yunayted" klublarında da çalışıb.