Türkiyənin "Göztəpə" klubu "Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvilinin transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, İzmir təmsilçisi gürcüstanlı qolkiperi Yunanıstanın PAOK klubundan satınalma şərti ilə 2026/2027 mövsümünün sonunadək icarəyə götürüb.
Klubun yaydığı açıqlamada bildirilib ki, tərəflər futbolçunun mövsümün sonuna qədər icarəsi və müqaviləyə satınalma opsiyasının daxil edilməsi ilə bağlı razılığa gəliblər.
26 yaşlı qapıçı bundan başqa karyerası ərzində Gürcüstanın "Dinamo" (Tbilisi), "Dila", "Telavi", İspaniyanın "Qranada B", Yunanıstanın PAOK və "Panserraikos" klublarının formasını geyinib.
Qeyd edək ki, Luka Quqeşaşvili 2024/2025 mövsümündə icarə əsasında "Qarabağ"ın heyətində çıxış edib.
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
- “Çelsi” Uelbeklə razılaşdı – Henderson da gəlir