Qarnaço "Aston Villa"da – 1 illik icarə
23.07.2026 - 17:50
Qarnaço "Aston Villa"da – 1 illik icarə

"Aston Villa" heyətini Alexandro Qarnaço ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Birmingem təmsilçisi argentinalı vingeri "Mançester Yunayted"dən bir mövsümlük icarəyə götürüb.

Bu barədə klub rəsmi məlumat yayıb.

Tərəflər keçidlə bağlı razılığa gəlib və 21 yaşlı futbolçu 2026/2027 mövsümünü "Aston Villa"da keçirəcək.

Qeyd edək ki, Alexandro Qarnaço "Mançester Yunayted"in yetirməsidir. O, ötən mövsüm bütün turnirlərdə 54 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.