Qolunu qeyd etmək istədi – tunelə düşdü - VİDEO
09.08.2026 - 13:34
“Koritiba”nın futbolçusu Jasi Braziliya çempionatının XXII turunda “Şapekoense” ilə oyunda qeyri-adi hadisə ilə üzləşib.
Apasport.az xəbər verir ki, qarşılaşmada Jasi qol sevincini qeyd edərkən stadiondakı yeraltı tunelə düşüb.
Futbolçu xəsarət alıb və 48-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Jasi 45-ci dəqiqədə fərqlənsə də, VAR-a baxışdan sonra qol ləğv edilib. Görüşdə “Koritiba” 2:1 hesabı ilə qalib gəlib. Həlledici qolu 82-ci dəqiqədə əvvəllər Moskva “Spartak”ında çıxış etmiş Pedro Roşa vurub.
0
0