“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis mövsümün sonunda “şəhərlilər”lə vidalaşacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
55 yaşlı çalışdırıcı vida mesajında bunları deyib: “Getməyimin səbəbini soruşmayın, çünki heç bir səbəb yoxdur. Düşünürəm ki, vaxt gəlib çatıb. Heç nə əbədi deyil. Əgər belə olsaydı, mən burada qalardım. Dəyişməyən yeganə şey isə“Mançester Siti”yə olan sevgimdir”.
Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildə “Siti”nin baş məşqçi vəzifəsinə təyin olunub. Premyer Liqa təmsilçisi onun rəhbərliyi altında 21 kubok qazanıb.
- "Dinamo" gənc futbolçusu ilə müqaviləni yenilədi – 5 illik saziş
- Qvardiola İtaliyaya “yox” deməyə hazırlaşır – Maaş və istirahət...
- "Hall Siti" Premyer Liqaya hazırlaşır: Tarqettlə 2 illik müqavilə
- FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
- Avropa Liqası: "Beşiktaş" meydana çıxır - YENİLƏNİR