Rafael Markez Meksika millisində - RƏSMİ
22.04.2026 - 12:06
Rafael Markez Meksika millisinin baş məşqçisi təyin olunacaq.
Apasport.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
Onun təyinatı DÇ-2026-dan sonra reallaşacaq.
Mütəxəssis hazırda yığmada çalışır. O, baş məşqçi Xavyer Aqirrenin köməkçisi vəzifəsini yerinə yetirir.
Qeyd edək ki, Markez daha öncə "Barselona"nın əvəzedici komandasına rəhbərlik edib.
0
0