Rafinya Şotlandiya ilə oyunu buraxacaq - Braziliyada ciddi itki
21.06.2026 - 00:48
Rafinya Şotlandiya ilə oyunu buraxacaq - Braziliyada ciddi itki

Braziliya millisinin hücumçusu Rafinyanın zədəsi ilə bağlı durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb.

Braziliya millisində aparılan müayinələrdən sonra Rafinyanın intensiv müalicəyə başlayacağı bildirilib.

Futbolçu dünya çempionatında komandanın düşərgəsində qalacaq və turnirin növbəti mərhələlərinə qədər sağalmağa çalışacaq.

Qeyd edək ki, Rafinya DÇ-2026-nın qrup mərhələsində Şotlandiyaya qarşı keçiriləcək qarşıdakı oyunu buraxacaq.

Braziliya C qrupunda son turda Şotlandiya ilə üz-üzə gələcək.