Rayan Senhadji Qazaxıstan klubunda
02.06.2026 - 17:54
"Sumqayıt"dan ayrılan Rayan Senhadjinin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, əlcəzairli müdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək.
32 yaşlı futbolçu "Tobol"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Rayan Senhadji 2025/26 mövsümündə "Sumqayıt"ın formasını geyinib. O, "kimyaçılar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0