“Real” Diazı komandada saxlayacaq
01.01.2026 - 18:13
“Real” Diazı komandada saxlayacaq

“Real Madrid” yarımmüdafiəçisi Brahim Diazla müqaviləni uzadacaq.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Kral klubu" 26 yaşlı futbolçu ilə yeni müqavilə ilə bağlı razılıq əldə edib.

Tərəflər arasında imzalanacaq yeni sözləşmə 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Razılaşmanın mövsümün sonunadək rəsmi şəkildə açıqlanacağı bildirilir. Müqavilədə futbolçunun maaşında artım, bonuslar və oyun vaxtının artırılması ilə bağlı maddələrin yer alacağı qeyd olunur. Brahim Diazın hazırkı müqaviləsi isə 2027-ci ilin yayında başa çatır.

Qeyd edək ki, mərakeşli yarımmüdafiəçi bu mövsüm “Real”ın heyətində bütün turnirlər üzrə 22 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.