"Real Madrid" Səudiyyə Ərəbistanından futbolçu transfer edə bilər
21.12.2025 - 11:18
“Real Madrid” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən yarımmüdafiəçi Ruben Neveşlə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Avropaya qayıtmaqda qərarlı olan portuqaliyalı futbolçunun növbəti ünvanı məhz Madrid təmsilçisi ola bilər.
Xatırladaq ki, Neveş 2023-cü ildən etibarən “Əl-Hilal”ın formasını geyinir. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 15 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0