“Real”da ciddi itki
03.05.2026 - 12:55
"Real Madrid" zədəli futbolçusu Dani Karvahalın sağlamlıq vəziyyətini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aparılan tibbi müayinələrin nəticələrinə əsasən, 34 yaşlı cinah müdafiəçisinin ayaq barmağında sınıq aşkarlanıb.
Dani Karvahal oktyabrın sonundan yanvardək diz nahiyəsindəki zədə səbəbindən 12 görüşü buraxmaq məcburiyyətində qalıb. Komandanın kapitanı bundan əvvəl isə sentyabrdan oktyabradək əzələ zədəsindən əziyyət çəkmişdi.
Xatırladaq ki, ispaniyalı oyunçu cari mövsüm "Real"ın heyətində ümumilikdə 20 matça çıxıb.
0
0