“Real”ın ən yaxşısı: ARDA GÜLER
02.05.2026 - 13:20
“Real”ın ən yaxşısı: ARDA GÜLER

“Real”da aprel ayının ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həmin ada Türkiyə millisinin üzvü Arda Güler layiq görülüb.

O, səsvermədə Vinisius Junior, Federiko Valverde, Antonio Rüdiger və Cud Bellingemi qabaqlayıb.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi aprel ayında 5 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.