“Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
13.10.2026 - 13:43
“Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ

İspaniyanın “Xetafe” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi Daniel Karvaxalın transferini rəsmən açıqlayıb.

34 yaşlı müdafiəçi ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Qeyd edək ki, Karvaxal sabiq klubu “Real”ın heyətində 6 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

O, İspaniya millisi ilə 2024-cü ildə Avropa çempionluğunu, 2023-cü ildə isə UEFA Millətlər Liqasının titulunu qazanıb.