“Roma”da çıxış edən Zeki Çelik bir neçə gün sonra istənilən klubla yayda azad agent kimi mümkün transferi barədə danışıqlar apara biləcək.
Apasport.az xəbər verir ki, buna səbəb türkiyəli sağ cinah müdafiəçisinin paytaxt klubu ilə müqaviləsinin yayda başa çatmasıdır.
“Canavarlar” Zeki ilə sözləşmənin müddətini 2029-cu ilə qədər uzatmaq üçün ciddi cəhdlər göstərir. Lakin 28 yaşlı futbolçu əvvəlcə bütün mümkün variantlarla tanış olacaq, yalnız bundan sonra gələcəyi ilə bağlı qərar verəcək.
Çelikin agentləri onu gələn yay azad agent kimi “Yuventus”a təklif ediblər. Bu təklif “ağ-qaralar” tərəfindən müsbət qarşılanıb.
Türkiyə millisinin üzvü bu mövsüm "Roma"nın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.