Ronaldo üçün rekordlar günü: DÇ-nın dubl edən ən yaşlısı
23.06.2026 - 21:53
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın K qrupunda Özbəkistana qarşı keçirilən matçda iki qol vurub.
“Opta”nın məlumatına görə, Ronaldo 41 yaş 138 günlüyündə dünya çempionatları tarixində bir oyunda dubl edən ən yaşlı futbolçu olub.
Qeyd edək ki, Kriştiano Ronaldo bu görüşdə Portuqaliyanın mundiallar tarixində ən çox qol vuran futbolçusu adına da sahib çıxıb.
O, dünya çempionatlarındakı qol sayını 10-a çatdıraraq 9 qolluq Eusebionu geridə qoyub.
- Bellinqem matçın oyunçusu seçildi, "layiq deyiləm" dedi
- “Atletiko”dan sərt addım - “Barselona”dan FIFA-ya şikayət ediləcək
- "Bavariya"nın qapıçısı “Beşiktaş”ı istəyir - Rəhbərliyə bildirdi
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- Remzidən gözlənilməz qərar - 35 yaşında baş məşqçi oldu
0
0