Səudiyyə Ərəbistanı futbol federasiyası “Əl-Taavun” – “Əl-Hilal” matçında baş verən qalmaqalla bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, çempionatın VII turunda qonaqların 6:0 hesablı qələbə qazandığı qarşılaşmada meydan sahiblərinin azarkeşləri Ruben Neveşi təxribata çəkmək məqsədilə onun mərhum yaxın dostu Dioqo Jota ilə bağlı şüarlar səsləndirib.
Portuqaliyalı futbolçu görüşdən sonra azarkeşlərin davranışına sərt reaksiya verib:
“Ümid edirəm ki, bu oyundan sonra namaz qılmazlar”.
Hadisənin ardından “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo da federasiyasının məsələyə müdaxilə etməsini istəyib.
Federasiya isə yaydığı açıqlamada azarkeşlərin səsləndirdiyi şüarları qəbuledilməz hesab etdiyini və baş verənləri pislədiyini bildirib.
Qeyd edək ki, Dioqo Jota 2025-ci ilin iyulunda avtomobil qəzasında həyatını itirib. Hər iki futbolçu “Porto”, “Vulverhempton” və Portuqaliya millisində birlikdə çıxış ediblər.