Sabiq “Fənər”li komanda yoldaşına şillə vurdu - OYUNDAN ATILDI - VİDEO
25.09.2025 - 23:18
Türkiyə I Liqasında “Sakaryaspor” səfərdə “Pendikspor”a 1:4 hesabı ilə uduzub.
Apasport.az xəbər verir ki, qonaqların təcrübəli futbolçusu Caner Erkin görüşdə mübahisəli epizodla yadda qalıb.
36 yaşlı sol cinah müdafiəçisi matçın 76-cı dəqiqəsində komanda yoldaşı Burak Altıparmağa şillə vurub.
Baş hakim bu hərəkətə görə türkiyəli oyunçuya birbaşa qırmızı vərəqə göstərib.
Qeyd edək ki, Caner Erkin “Fənərbaxça”, “İnter”, “Beşiktaş” və “Qalatasaray” kimi klublarda çıxış edib və mövsümün əvvəlində “Sakaryaspor”a transfer olunub.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0