“Samsunspor” baş məşqçisi Tomas Raysla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klubun prezidenti Yüksel Yıldırım sosial media hesabında paylaşdığı açıqlamada alman mütəxəssislə müqavilənin 2 il müddətinə uzadılması ilə bağlı razılığa gəldiklərini bildirib.
Yıldırımın sözlərinə görə, müqavilə qış fasiləsində yenilənəcək:
“Tomas Rays hocamızla müqavilənin 2 il daha uzadılması barədə anlaşmaya vardıq. Qış fasiləsində yeni müqavilə imzalanacaq. Klubumuzun gələcək hədəfləri və yeni transferlər mövzusunda da razıyıq. Hər şeyi addım-addım yoluna qoyacağıq. Hədəflərimizə əmin addımlarla irəliləyəcəyik.”
Qeyd edək ki, "Samsunspor" Super Liqada 25 xalla 6-cı pillədə qərarlaşıb.