“San Antonio”dan finalda ilk qələbə: Vembanyama şou göstərdi
09.06.2026 - 10:11
NBA final seriyasının üçüncü oyununda “San Antonio Spurs” “New York Knicks”i məğlub edib.
Apasport.az xəbər verir ki, “Spurs” gərgin keçən qarşılaşmadan 115:111 hesablı qələbə ilə ayrılıb.
Bu nəticədən sonra San Antonio seriyada ilk qalibiyyətini qazanıb və ümumi hesabı 1:2-yə gətirib.
Görüşün ən məhsuldar oyunçularından biri Viktor Vembanyama olub. Fransalı ulduz 32 xal, 8 ribaund və 6 asistlə komandasının qələbəsində əsas pay sahiblərindən birinə çevrilib.
Qeyd edək ki, seriyanın 4-cü oyunu iyunun 10-da Nyu-Yorkda keçiriləcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0