Saşa Boey “Qalatasaray”a qayıdır - İSTANBULA GƏLDİ - YENİLƏNİB
05.02.2026 - 18:06
Saşa Boey “Qalatasaray”a qayıdır - İSTANBULA GƏLDİ  - YENİLƏNİB

"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Bavariya"dan Saşa Boey ilə anlaşıb.

25 yaşlı sağ cinah müdafiəçisi artıq İstanbuldadır. Fransalı oyunçu tibbi yoxlanışdan keçmək üçün "sarı-qırmızılılar"ın təlim-məşq bazasına yollanıb.

***
15:27

“Bavariya”nın futbolçusu Saşa Boey karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, fransalı sağ cinah müdafiəçisi sabiq klubu “Qalatasaray”la anlaşıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Razılaşmaya əsasən, 25 yaşlı oyunçu satınalma bəndi ilə mövsümün sonunadək İstanbul təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, "Bavariya" Saşa Boeyi 2024-cü ildə "Qalatasaray"dan 30 milyon avroya heyətinə qatmışdı.