Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
02.07.2026 - 02:37
Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi

Seneqal millisi DÇ-2026-da yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, Afrika təmsilçisi dünya çempionatları tarixində bir turnirdə 10 qol vuran ilk Afrika millisi olub.

Seneqal qrup mərhələsində İraqı 3:1 hesabı ilə məğlub edib, Norveçə 2:3, Fransaya isə 1:3 hesabı ilə uduzub. Komanda 1/16 finalda Belçikanı 2 qol vuraraq turnirdə vurduğu qolların sayını 10-a çatdırıb.

Qeyd edək ki, Seneqalın bu 10 qolundan 4-ü İsmaila Sarrın hesabındadır.

O, mundiallarda ümumilikdə vurduğu 5 qolla ölkəsinin dünya çempionatları tarixində ən məhsuldar futbolçusu adına sahib çıxıb.