Seneqalda baş məşqçiliyə əsas namizəd: Patrik Viera
24.07.2026 - 16:31
Seneqal Futbol Federasiyası milli komandanın baş məşqçi postuna Patrik Vieranı gətirmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, federasiya fransalı mütəxəssisi yığmanın yeni baş məşqçisi vəzifəsinə əsas namizəd kimi müəyyənləşdirib və onun təyinatı istiqamətində iş aparır.
Qeyd edək ki, Patrik Viyera məşqçilik karyerası ərzində "Nyu-York Siti", "Nitsa", "Kristal Pelas", "Strasburq" və "Cenoa"nı çalışdırıb.
O, futbolçu kimi isə Fransa millisi ilə 1998-ci il dünya çempionu və AVRO-2000-in qalibi olub.
0
0