Argentina millisinin DÇ-2026 heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, zədəli Leonardo Balerdi yığmanın heyətindən çıxarılıb.
Onun yerinə Markos Senesi Dünya Kuboku üçün milliyə çağırılıb.
29 yaşlı müdafiəçi bu xəbəri İbizada tətildə olarkən alıb. Senesinin Argentina millisindən zəng aldığı anı sevgilisi, futbolçu Kelci-Rose Bouers lentə alıb.
Zəngdən sonra cütlük sevincli anlar yaşayıb və video qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Senesi Argentina millisinin heyətində ilk dəfə dünya çempionatında iştirak edəcək. Balerdi isə sağ ayağındakı zədə səbəbindən mundialı buraxacaq.
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA