Sinqodan yaxşı xəbər: Zədəsi ciddi deyil
23.06.2026 - 21:37
Fil Dişi Sahili millisinin futbolçusu Vilfred Sinqonun zədəsi ilə bağlı açıqlama verilib.
Apasport.az xəbər verir ki, müdafiəçi Almaniyaya qarşı keçirilən DÇ-2026-nın E qrupunun II tur matçında zədələnib.
Oyundan sonra aparılan tibbi müayinələrin nəticəsinə əsasən, Sinqonun zədəsinin ciddi olmadığı bildirilib. Futbolçu tam bərpa olunmaq üçün bir neçə gün istirahət edəcək.
Qeyd edək ki, Fil Dişi Sahili Almaniyaya 1:2 hesabı ilə məğlub olub. Afrika təmsilçisi E qrupundakı son oyununda Kurasao ilə qarşılaşacaq.
- Bellinqem matçın oyunçusu seçildi, "layiq deyiləm" dedi
- “Atletiko”dan sərt addım - “Barselona”dan FIFA-ya şikayət ediləcək
- "Bavariya"nın qapıçısı “Beşiktaş”ı istəyir - Rəhbərliyə bildirdi
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- Remzidən gözlənilməz qərar - 35 yaşında baş məşqçi oldu
0
0