"Siti" "Barselona"ya "yox" dedi
13.08.2026 - 13:16
"Siti" "Barselona"ya "yox" dedi

“Mançester Siti” “Barselona”nın Rodri üçün göndərdiyi yeni təklifi qəbul etməyib.

Apasport.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Mənbənin iddiasına görə, Kataloniya klubu 30 yaşlı yarımmüdafiəçi üçün bonuslarla birlikdə 66 milyon avro təklif edib.

İngiltərə təmsilçisi isə bu məbləğə futbolçunu buraxmaqdan imtina edib. “Şəhərlilər” İspaniya millisinin kapitanı üçün 82 milyon avro tələb edir.

Qeyd edək ki, Rodri 2019-cu ildən “Mançester Siti”nin formasını geyinir.