“Siti”dən ayrıldı - SƏUDİYYƏ ƏRƏBİSTANININDA ÇIXIŞ EDƏCƏK
19.08.2026 - 21:15
“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az xəbər verir ki, Niderland millisinin üzvü “Əl-Qadisiyyə”yə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı təmsilçisi bu keçid üçün “şəhərlilər”ə 61 milyon avro ödəyib.
Qeyd edək ki, Reynders 2025-ci ilin yayında “Milan”dan “Mançester Siti”yə 54,9 milyon avro qarşılığında transfer olunmuşdu. O, Premyer Liqada çıxış etdiyi 28 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya
- “Roma” “Porto”nun 19 yaşlı futbolçusunu transfer etdi - RƏSMI
- “Çelsi” Joao Pedro ilə yeni müqavilə bağlayır – Maaşı artırıldı
- “Mançester Yunayted” Balebaya yaxınlaşdı – 65 milyon funtluq təklif
- “Napoli” İtaliya millisinin müdafiəçisini transfer etdi
0
0