“Sportinq” 24 yaşlı oyunçusu ilə yeni müqavilə imzalayıb
14.12.2025 - 00:49
“Sportinq” 24 yaşlı oyunçusu ilə yeni müqavilə imzalayıb

“Sportinq” mərkəz müdafiəçisi Qonsalo İnasio ilə yeni müqavilə bağlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

Yeni sözləşməyə əsasən, 24 yaşlı futbolçu 2030-cu ilin yayına qədər Lissabon təmsilçisinin formasını geyinməyə davam edəcək.

Qeyd edək ki, Qonsalo İnasio cari mövsümdə bütün turnirlər üzrə 19 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Sportinq” Portuqaliya çempionatında 13 turdan sonra 32 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinin lideri isə 37 xala malik “Portu”dur.