“Strasburq”un baş məşqçisi bəlli oldu
13.07.2026 - 12:24
"Strasburq" klubunun yeni baş məşqçisi məlum olub.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisini Uqo Oliveyra çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Oliveyranın son iş yeri Portuqaliyanın "Famalikan" klubu olub.
0
0