Super Liqa klubunda yeni təyinat - RƏSMİ
06.05.2026 - 09:43
"Gənclərbirliyi"nin yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisini Metin Diyadin çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Metin Diyadin bu ilin fevralında "Gənclərbirliyi"ndən istefaya göndərilmişdi. Ankara klubu ötən gün isə Volkan Demirellə yollarını ayırıb.
0
0