Fatih Terim Türkiyə millisinin DÇ-2026-dakı vəziyyətini dəyərləndirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk oyunda Avstraliyaya 0:2 məğlub olan komandanın mübarizəni sonadək davam etdirməli olduğunu bildirib.
Terim 2008-ci il Avropa çempionatını xatırladaraq bunları deyib:
“Bu oyun bitdi. Bitən hər şey başqa bir başlanğıcdır. Qarşıda 2 matçımız var. EURO-2008-də Portuqaliyaya 0:2 hesabı ilə uduzmuşduq, sonra yarımfinala qədər getdik. Türkiyə millisinin qarşısında hələ 2 oyun var. Əsas məsələ son matça qədər mübarizəni davam etdirməkdir. Bir qələbənin belə çox şeyi dəyişə biləcəyi turnirdəyik”.
Qeyd edək ki, Türkiyə millisi D qrupunda növbəti oyununu iyunun 20-də Paraqvaya qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.