"Brentford”un hücumçusu İqor Tiaqo karyerasını Londonun digər klubunda davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Tottenhem” 24 yaşlı braziliyalı forvardı transfer siyahısına daxil edib.
“Brentford” rəhbərliyi isə komandanın əsas fiqurlarından sayılan Tiaqonu 70 milyon avro dəyərində qiymətləndirir.
“Tottenhem” qış transfer pəncərəsində bu qədər yüksək məbləğ ödəmək niyyətində deyil. Bu səbəblə futbolçunu icarə əsasında heyətinə qatmağa çalışacaq. Lakin “Brentford” tərəfi icarə variantına müsbət yanaşmır və hücumçunu yalnız daimi transferlə satmaq istəyir.
Qeyd edək ki, İqor Tiaqo 2025/2026 mövsümündə bütün turnirlər üzrə 16 oyunda meydana çıxıb və 12 qolla yadda qalıb. Braziliyalı futbolçunun “Brentford”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı isə forvardın bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA