“Tottenhem” Mateus Fernandesin transferi ilə bağlı “Vest Hem”lə razılıq əldə edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, London klubu 20 yaşlı portuqaliyalı mərkəz yarımmüdafiəçisi üçün 85 milyon funt sterlinq məbləğində ödəniş edəcək. Bu keçid “Tottenhem” tarixinin ən bahalı transferi olacaq.
Bildirilir ki, “Mançester Yunayted” də futbolçu ilə maraqlansa da, razılaşmadan sonra diqqətini digər namizədlərə yönəldəcək.
Qeyd edək ki, Mateus Fernandes “Vest Hem”ə 2025-ci ildə qoşulub. O, ötən mövsüm bütün turnirlərdə 46 oyunda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA