“Turan Tovuz”dan ayrıldı - NORVEÇ KLUBUNA KEÇDİ
09.08.2026 - 14:44
“Turan Tovuz”dan ayrıldı - NORVEÇ KLUBUNA KEÇDİ

"Turan Tovuz"dan ayrılan Mark Mampassinin yeni klubu məlum olub.

Apasport.az xəbər verir ki, müdafiəçi karyerasını Norveçdə davam etdirəcək.

Rusiyalı "Rusenborq"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Turan Tovuz" Mark Mampassini 2025/26 mövsümünün ikinci yarısında Moskva "Lokomotiv"indən icarəyə götürmüşdü.