Türkiyə klubunda yeni təyinat
15.09.2026 - 10:12
Türkiyə klubunda yeni təyinat

Bülent Korkmazla yollarını ayıran “Antalyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, komanda bu vəzifəyə Osman Özköylünü gətirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

55 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, I Liqada çıxış edən “Antalyaspor” 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.