Türkiyə millisinin üzvü “Ayntraxt”dan ayrıla bilər
08.04.2026 - 20:18
Türkiyə millisinin üzvü “Ayntraxt”dan ayrıla bilər

Almaniya Bundesliqası təmsilçisi “Ayntraxt”da çıxış edən Türkiyə millisinin üzvü Can Uzun mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az “Bild”ə istinadən xəbər verir ki, bu, 20 yaşlı futbolçunun baş məşqçi Albert Riera tərəfindən az oyun şansı qazanması ilə bağlıdır.

Hazırda Can Uzun ilə İtaliya təmsilçisi “Milan” maraqlanır. Qış transfer pəncərəsində isə “Nyukasl”, “Aston Villa” və “Tottenhem” də futbolçunu heyətinə qatmaq istəyirdi.

2026-cı il dünya çempionatında Türkiyə millisinin heyətində iştirak etmək istəyən gənc futbolçu üçün müntəzəm oyun praktikası böyük əhəmiyyət daşıyır. Can Uzun mövsümün sonuna qədər vəziyyəti izləyəcək və yetərincə şans qazanmadığı təqdirdə komandadan ayrılacaq.

Qeyd edək ki, 2024-cü ilin yayından “Ayntraxt”ın formasını geyinən 21 yaşlı futbolçunun müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.