Nigeriyalı futbolçu Ademola Lukman "Atletiko Madrid" formasıyla çıxdığı ilk matçda qol hesabını açıb.
Apasport.az xəbər verir ki, İspaniyanın “Atlétiko Madrid” klubunun yeni transferi Ademola Lukman ilk oyununu Kopa del Rey çərçivəsində “Real Betis”ə qarşı keçirib və 1 qol, 1 assistlə yadda qalıb.
"Atalanta"dan Madrid klubuna keçən Ademalo 37-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.
28 yaşlı hücumçunun adı qış transfer pəncərəsində Türkiyənin “Fənərbaxça” və “Qalatasaray” klubları ilə hallansa da, bu keçidlər reallaşmamış və o karyerasına La Liqada davam etdirmək istədiyini bildirmişdi.
Həmin qolu təqdim edirik:
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA