U-21 Qırğızıstandan 3 qol buraxdı - YENİLƏNİB
09.06.2026 - 20:28
U-21 Qırğızıstandan 3 qol buraxdı - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda Qırğızıstanın U-21 yığması ilə üz-üzə gəlib.

Matç rəqibin üstünlüyü ilə keçib. Asiya təmsilçiləri 3 qol vurmağı bacarıblar. Yığmamızın gücü isə yalnız təsəlli topuna çatıb. Nihad Əhmədzadə fərqlənib.

Qeyd edək ki, U-21 millimiz bundan əvvəl İsparta şəhərindəki “Sav” stadionunda Bəhreynlə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.

Millimizin qollarını Qurban Səfərov, Nihad Əhmədzadə və Lorenzo Mezzotero vurublar

Yoxlama oyunu

18:00

Azərbaycan U-21 - Qırğızıstanın U-21 1:3


İsparta şəhəri, “Sav” stadionu