Uruqvaylı hücumçu Premyer Liqaya qayıda bilər
24.02.2026 - 21:34
Uruqvaylı hücumçu Premyer Liqaya qayıda bilər

“Əl Hilal”ın hücumçusu Darvin Nunyes yayda İngiltərəyə qayıda bilər.

Apasport.az xəbər verir ki, “Tottenhem” və “Nyukasl” uruqvaylı forvardın xidmətində maraqlıdır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

“Əl Hilal” Nunyesi ölkə çempionatı oyunları üçün sifariş etməyib. 26 yaşlı hücumçu yalnız Asiya Çempionlar Liqasının matçlarında iştirak edə bilər. Uruqvay millisinin üzvü klubun bu qərarından narazıdır və yayda komandadan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Darvin Nunyes cari mövsümdə “Əl Hilal”ın heyətində keçirdiyi 24 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.