Valverde və Çuameni barışdı: Cəriməsiz ötüşmədi
08.05.2026 - 19:53
“Real Madrid” klubu Valverde və Çuameninin bir-birlərindən üzr istədiklərini açıqlayıb.
APA xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Hər iki oyunçu 500 min avro cərimələnib.
Hadisə ilə bağlı daxili araşdırma başa çatıb.
Qeyd edək ki, ötən gün Orelyen Çuameni və Federiko Valverde arasında mübahisə yaranıb. Valverde xəstəxanaya yerləşdirilib.
0
0