“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandez İngiltərə Premyer Liqasında çalışa bilər.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis istənilən vaxt İngiltərənin aparıcı klublarından birinin sükanı arxasına keçməyə müsbət yanaşır.
Son dövrlərdə “Tottenhem” və “Çelsi” Xavinin agentləri ilə əlaqə saxlayıb. “Mavilər”in artıq bir neçə həftədir ispaniyalı mütəxəssislə təmasda olduğu bildirilir.
“Çelsi” rəhbərliyi hazırkı baş məşqçi Enzo Mareska ilə yolları ayıracağı təqdirdə, Xavi Hernandezi əsas namizəd kimi nəzərdən keçirir.
Hazırda Premyer Liqada 16 turdan sonra “Çelsi” 28 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Tottenhem” isə 22 xalla 11-ci yerdədir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA