[b]“Messi” sənədli filmi yanvarda ekrana çıxır - VİDEO[/b]
05.12.2014 - 21:02
[b]“Messi” sənədli filmi yanvarda ekrana çıxır - VİDEO[/b]

"Barselona”nın ulduz futbolçusu Lionel Messinin karyerasına həsr edilmiş “Messi” sənədli filmi gələn ilin 1 yanvar tarixində geniş ekrana çıxacaq. Apasport.az saytının məlumatına görə, film ilk dəfə İspaniyada göstəriləcək.

 

“Messi” sənədli filminin ssenarisinin müəllifi rolunda Madrid “Real”ının sabiq oyunçusu və idman direktoru Valdano Xorxu çıxış edib. Həmçinin, Kataloniya klubunun digər futbolçuları - Andres İnyesta, Xerard Pike və Xavyer Maskerano da filmin qəhrəmanı olacaqlar.

 

Qeyd edək ki, 27 yaşlı Leo 4 dəfə “Qızıl top” mükafatına layiq görülən yeganə futbolçudu. Argentina millisinin forvardı yığma komandasının heyətində Pekin olimpiadasının (2008) qalibi olub. O, 6 dəfə La Liqanı və 2 dəfə də Çempionlar Liqasını qazanıb. Bundan başqa, Messi 253 qol vurmaqla İspaniya çempionatı tarixinin ən yaxşı məhsuldar futbolçusu ünvanına yiyələnib.

0