[b]Mundialın mahnısı 3 məşhurun ifasında [/b]- AUDİO
08.04.2014 - 19:35
[b]Mundialın mahnısı 3 məşhurun ifasında [/b]- AUDİO
Braziliyada keçiriləcək dünya çempionatının rəsmi mahnısı futbolsevərlərə təqdim olunub. Apasport.az saytının məlumatına görə, final mərhələsindən 65 gün əvvəl üç müğənninin ifa etdiyi musiqi internetdə yayılıb.

"We Are One" adlanan parçanın mənası “Biz birlikdəyik”dir. Rəsmi mahnını məşhurlar – repçi Pitbul, müğənni Cennifer Lopes və braziliyalı Klaudiya Leyte ifa edir.

Qeyd edək ki, dünya çempionatı iyunun 12-də start götürəcək.
 

0