Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2026-nın 1/8 final mərhələsində qarşılaşacaqları Portuqaliya yığması barədə danışıb.
Apasport.az xəbər verir ki, mütəxəssis rəqibin dünyanın ən güclü komandalarından biri olduğunu bildirib.
Daliç Portuqaliya millisinin heyətində Kriştiano Ronaldonu xüsusi fərqləndirib:
“Bu, dünyanın ən yaxşı yığmalarından biridir. Onların əla baş məşqçisi var və fantastik iş görür. Bunu əvvəl Belçikada, indi isə Portuqaliyada sübut edib. Onlarda Ronaldo var. O, hər an qol vura bilər. Portuqaliyanın əsas üstünlüyü texniki bacarıq və topa nəzarətdir. Bu komponentdə həqiqətən çox güclüdürlər, çoxlu qol epizodu yarada və daim üstünlüyə sahib olmağa çalışa bilirlər”.
Qeyd edək ki, Portuqaliya – Xorvatiya matçı Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
- “Beşiktaş” Salih Özcan üçün hərəkətə keçdi - 3,5 milyon avro maaş
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir