2026-cı il dünya çempionatında yeni qırmızı vərəqə qaydası ilk dəfə tətbiq edilib.
Apasport.az xəbər verir ki, Türkiyə - Paraqvay matçında Paraqvay millisinin futbolçusu Migel Almiron meydandan qovulub.
Təcrübəli yarımmüdafiəçi Mert Müldürə ünvanladığı ifadələr zamanı əli ilə ağzını bağlasa da, epizod VAR tərəfindən araşdırılıb. Hakim videomüşahidədən sonra Almirona birbaşa qırmızı vərəqə göstərib.
Qeyd edək ki, FIFA DÇ-2026 öncəsi rəqibi təhqir edən, alçaldan və ya ayrı-seçkilik xarakterli ifadələr işlədən futbolçuların VAR müdaxiləsi ilə qırmızı vərəqə ala bilməsini qaydalara əlavə etmişdi. Bu epizod həmin qaydanın dünya çempionatında ilk tətbiqi kimi tarixə düşüb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA