Yıldızın taleyi bəlli oldu: Qərarını verdi
07.02.2026 - 15:32
“Yuventus”un hücumçusu Kenan Yıldızın taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, Turin klubu ilə müqaviləsini uzadacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər 4 illik müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər. Türkiyəli yeni sözləşmədən sonra komandanın ən çox qazanan futbolçularından biri olacaq.
Qeyd edək ki, Yıldız 22 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.
0
0