"Yunayted" seriyanı pozdu - Azarkeşin istəyi baş tutmadı
11.02.2026 - 10:36
"Yunayted" seriyanı pozdu - Azarkeşin istəyi baş tutmadı

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə “Vest Hem”lə qarşılaşıb.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” rəqiblə 1:1 hesablı heç-heçə edib.

Komandanın azarkeşlərindən biri olan Frenk İletin bir müddətdir gözlədiyi ardıcıl 5 qələbə seriyası yenə reallaşmayıb. Nəticədə o, saçını qırxdıra bilməyib.

Qeyd edək ki, Frenk İlet 2024-cü ilin oktyabr ayından etibarən saçını uzadır. İngiltərəli azarkeş “Mançester Yunayted”in ardıcıl 5 qələbə qazanacağı təqdirdə saçını kəsdirəcəyini bildirmişdi.